“Mehriban Əliyevaya necə çox sağ ol deməyək..”

20-05-2016, 13:01           

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva 28 may Respublika günü münasibətilə amnistiya aktının qəbul olunması üçün Milli Məclisə müraciət edib.

Modern.az saytının məlumatına görə, Milli Məclis bu gün Mehriban Əliyevanın müraciətini müzakirəyə çıxaracaq.

Qeyd edək ki, amnistiya aktının 10 min məhkumu əhatə edəcəyi gözlənilir. Bu təşəbbüs nəticəsində 3500 məhkum azadlığa çıxacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Modern.az-a açıqlamasında birinci xanımın təşəbbüsünə dair fikirlərini bölüşüb.

“Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, millət vəkili olaraq ailə, qadın, uşaq məsələləri istiqamətində çox gözəl layihələrlə cəmiyyətin quruculuğunda fəal iştirak edir. Ölkənin quruculuğuna öz töhfələrini verir. Əlbəttə, amnistiya ilə bağlı təklifi də, hazırladığı qanun layihəsi də bu gün ölkəmizdə həyata keçirilən yüksək hüquqi humanist prinsiplərinin ənənəsi və davamıdır. Onun bu təşəbbüsü cəmiyyət tərəfindən çox yüksək qarşılanır. Bu günlərdə neçə-neçə ailəyə sevinc bəxş edəcək”.

Xalq artisti Flora Kərimova Mehriban Əliyevanın təşəbbüsü haqqında bunları deyib.

“Əgər 10 min məhbusun arasında 3500 ailə sevinəcəksə, bunun nəyi pisdi?! Bunu necə alqışlamayım?! Çətin günlərində öz mahnılarımla onların ürəyini ovudan insan kimi necə “çox sağ ol” deməyim?! Dönə-dönə “çox sağ olun” deyirəm. Bunu düşünən, həyata keçirən Milli Məclisdə səsləndirən, səsinə səs verən səslərə “çox sağ olun” deyirəm. Azərbaycanlıyam, anayam. Bircə arzum var. Azadlığa çıxan məhkumlar ağıllarını başlarına yığsınlar. Bu sınaqdan keçiblərsə, bir də o yolu keçməsinlər. Bu, onlar üçün tövbə olsun. İnsan simasını, vətəndaş simasını itirməsinlər. Övladlar ağlamasın, utanmasın. Azadlığa çıxan məhkumlar düşünməlidir ki, “bundan sonra necə etməliyəm ki, ailəm xəcalət çəkməsin”. Bunları onlara arzu edirəm. Bunu düşünən, gündəmə gətirən Mehriban Əliyevaya “çox sağ ol” deyirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.