Rusiyalı həmsədr “DQR”in danışıqlar prosesinə qoşulmasını istəyir

20-05-2016, 22:40           
Rusiyalı həmsədr “DQR”in danışıqlar prosesinə qoşulmasını istəyir
ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib ki, Dağlıq Qarabağ danışıqlar masası arxasına qayıtmalıdır.

Virtualaz.org bildirir ki, məlumatı Novosti Armeniya yayıb.

“Danışıqların hazırkı mərhələsində qarabağlılar formal olaraq iştirak etmirlər. Amma istər Ermənistanda, istər Azərbaycanda, istərsə də Dağlıq Qarabağın özündə aparılan danışıqlarda bu məsələyə çox böyük diqqət yetirilir. Hesab edirəm ki, müəyyən bir mərhələdə, məsələn, şərçivə razılaşması əldə ediləndən sonra qarabağlılar danışıq masası arxasına qayıtmalıdırlar”, - deyə rusiyalı həmsədr vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.