Zərdablılar təzə başçı arzulayır
21-05-2016, 19:39
Zərdabın mərkəzində yerləşən B.Allahverdiyev küçəsinin sakinləri narazılıq edir. Müraciət edən rayon sakinlərinin sözlərinə görə, küçə çala-çuxur vəziyyətdədir.
Xüsusi ilə yağış yağanda küçədə nəinki piyada, hətta maşınlarla da hərəkət etmək olmur. Şagirdlər məktəbə gedə bilmirlər. Sakinlər bu barədə Zərdab Rayon İcra Hakimiyyəti başçısına, Yol İstismar idarəsinə dəfələrlə müraciət ediblər, problemi sosial şəbəkələrdə ictimailəşdiriblər. Lakin rayon rəhbərliyi küçənin təmiri üçün heç bir addım atmır.
Zərdabın icra başçısının başının biznesə qarışdığını deyən sakinlər tezliklə rayona yeni rəhbər təyin olunmasını arzulayır. Dövlət başçısına müraciət edən zərdablılar xahiş edirlər ki, Qazax, Laçın, Cəbrayıl, Salyan rayonları kimi Zərdabda da yeni başçı təyinatı olsun.
Onların dediyinə görə, icra başçısı rayonda heç bir iş görməyib, dövlət vəsaitlərini isə ənənəvi üsullarla mənimsəyib. 24saat.org olaraq bildiririk ki, Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli babayevin adı dəfələrlə korrupsiya və digər qalmaqallı hadisələrdə hallandırılıb.
Mediaya qarşı hər zaman saymazyana davranan icra başçısı barəsindəki ittihamlara da cavab verməyib.(24saat.org)