Tovuz rayon sakini intihara cəhd edib. Bakupost.az xəbər verir ki, 2006-cı il təvəllüdlü İ.H. Gəncə şəhərində kirayə yaşadığı evdə intihar etmək məqsədilə kolbasanın üzərinə siçan dərmanı yaxaraq yeyib. Hazırda onun vəziyyəti normaldır. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.