Azərbaycanlı kriminal avtoritet SAXLANILDI - FOTO

7-01-2023, 09:35           
Azərbaycanlı kriminal avtoritet SAXLANILDI - FOTO
Azərbaycanlı kriminal avtoritet Polad Ömərov Çexiyada saxlanılıb.

Teref.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, azərbaycanlı mərhum "Qanuni oğru" Lotu Qulinin (Nadir Səlifov) klanına daxil olan Ömərov adam oğurluğu və qətldə ittiham olunur.

Praqada saxlanılan Polad Ömərov Ukrayna dövləti tərəfindən 2021-ci ilin dekabrında Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilmişdi.

Qeyd edək ki, Polad Ömərov kriminal aləmdə Nadir Səlifovun qardaşı Namiq Səlifovun sağ əli kimi də tanınırdı.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru