Goranboyda içində hərbçilərin olduğu maşın aşdı – YENİLƏNİB

6-04-2023, 16:08           
Goranboyda içində hərbçilərin olduğu maşın aşdı – YENİLƏNİB
Goranboy-Tərtər avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xan Qərvənd kəndi yaxınlığında “VAZ” markalı avtomobil aşıb. Nəticədə 1995-ci il təvəllüdlü Təbriz Fehruz oğlu Muradov, 1996-cı il təvəllüdlü Pərviz Novruz oğlu Muradov, 1987-ci il təvəllüdlü Rahib Miraləm oğlu Kərimov, 1983-cü il təvəllüdlü Elmir Rafiq oğlu Acilov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü ambulator yardımdan sonra evə buraxılıb.

Hadisədə yaralanan şəxslərdən 4-nün hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru