İraqın Süleymaniyyə şəhərində partlayış oldu 8-04-2023, 09:33 İraqın şimalında yerləşən Süleymaniyyə şəhərinin beynəlxalq hava limanı yaxınlığında partlayış baş verib.KONKRET.az xəbər verir ki, bu barədə “SHAFAQ News” portalı hava limanının təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.Partlayışın yanğına səbəb olduğu bildirilib.İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Facebook-da paylaş