Gədəbəydə evdən ər və arvadın meyitləri aşkarlanıb

8-04-2023, 10:03           
Gədəbəydə evdən ər və arvadın meyitləri aşkarlanıb
Gədəbəy rayonunun Moruxlu kəndində evdən ər və arvadın meyitləri aşkarlanıb.

"Report" xəbər verir ki, 1959-cu il təvəllüdlü Əliyev Oktay Həsən oğlu və 1962-ci il təvəllüdlü arvadı Məmmədova Məryam İlyaz qızının meyitləri 07.04.2023-cü il tarixdə saat 09:50 radələrində yaşadıqları evlərində aşkarlanıb.

Həmin vaxt evdən kəskin qaz iyi gəlib və yataq otağında qaz sobası işlək vəziyyətdə olub.

Oktay Əliyevin meyitinin bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməyib, Məryam Məmmədovanın meyitinin bədən səthində isə yanıq sahəsi aşkarlanıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru