Ağdaşda ağır qəza: yaralılar var

9-04-2023, 00:09           
Ağdaşda ağır qəza: yaralılar var
Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun mərkəzinə yaxın heyvan bazarı (mal bazarı) yaxınlığında baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan rayon sakinləri – 1961 ci il təvəllüdlü Ayət Abdullayeva, onun 1991-ci il təvəllüdlü qızı Zamiyə Abdullayeva və 2000-ci il təvəllüdlü Kənan Əhmədov rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Durumu daha ciddi olan yaralı gənc oğlan sonradan paytaxtdakı klinikalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru