Rusiya Xarkov vilayətini atəşə tutub - Ölənlər və yaralananlar var

9-04-2023, 08:48           
Rusiya Xarkov vilayətini atəşə tutub - Ölənlər və yaralananlar var
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun yaşayış məntəqələrini atəşə tutublar.

“Report” xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda bildirib.

“Düşmən Kupyansk rayonunun mülki əhalisinə yenidən zərbə endirir. Ölənlər və yaralananlar var”, - O. Sinequbov qeyd edib.

Dvoriçna şəhər tipli qəsəbəsinin atəşə tutulması sonucunda 65 və 34 yaşlı 2 kişi ölüb.

“Bundan başqa, Podolı kəndində 65 yaşlı qadın yaralanıb”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru