Qətl törətməkdə şübhəlilərdən birinin FOTOsu

9-04-2023, 14:18           
Qətl törətməkdə şübhəlilərdən birinin FOTOsu
İş xanımı, modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovu qətlə yetirməkdə şübhəli bilinənlərdən birinin fotosu yayılıb.

Teref.az olay-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Namiq Əliyevin görüntüsünü E.Bəkirova ilə qohumluq əlaqələri olan influenser Aysel Şükür instaqram hesabında paylaşıb.

Qeyd edək ki, aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər – əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru