Meksikada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

10-04-2023, 09:14           
Meksikada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var
Meksikanın Mazatlan şəhərində kiçik təyyarə dənizə düşüb, ölən və yaralananlar var.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisədən sonra əraziyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Şahidlər bildiriblər ki, pilot təyyarənin mühərrikində yaranan nasazlıq nəticəsində təcili eniş etməyə cəhd edib, lakin idarəetməni itirərək dənizə düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.