ABŞ-da atışma nəticəsində 5 nəfər ölüb

11-04-2023, 08:43           
ABŞ-da atışma nəticəsində 5 nəfər ölüb
Yaralanan 6 nəfərdən biri polis əməkdaşıdır

ABŞ-ın Kentukki ştatının Luisvil şəhərinin mərkəzində baş vermiş atışma nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

AYNA CBS telekanalına istinadən xəbər verir ki, yerli polis hücumla bağlı məlumatı təsdiqləyib.

Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun əməkdaşları gəlib.

CNN telekanalının məlumatına görə, yaralanan 6 nəfərdən biri polis əməkdaşıdır.

Atəş açan şəxs zərərsizləşdirilib, yaralıların hamısı xəstəxanaya çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru