Əfqanıstanda havaya atəş açan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər

11-04-2023, 11:44           
Əfqanıstanda havaya atəş açan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər
“Taliban” ölkə ərazisində havaya atəş açan şəxslərlə mübarizə aparmaq məqsədi ilə xüsusi komissiya yaradıb.

Komissiyanın təsis edilməsi ilə əlaqədar “Taliban”ın Baş naziri Məhəmməd Həsən Axund müvafiq əmr imzalayıb.

Komissiyaya “Taliban” hakimiyyətinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini, Kabil polis idarəsinin rəisləri, həmçinin Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri daxil ediliblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Əfqanıstanın kriket komandası Pakistan yığması üzərində qələbə qazanıb. Qələbədən sonra “Taliban” hökumətinin silahlıları qələbəni qeyd etmək məqsədi ilə havaya atəş açıblar. Nəticədə bir neçə nəfər xəsarət alıb.

Mənbə: “Sputnik” Əfqanıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru