Oğul anasını qantellə öldürdü - Polis axtarır

11-04-2023, 13:54           
Oğul anasını qantellə öldürdü - Polis axtarır
Rusiyanın Moskva vilayətində ruhi xəstə oğul anasını amansızlıqla öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə qadının əri polisə müraciətində bildirib. Onun sözlərinə görə, 67 yaşlı arvadı ruhi xəstə olan 38 yaşlı oğlunun yanına gedib və bir daha geri qayıtmayıb.

Həmin evə baxış zamanı qadının meyiti oğlunun mənzilində tapılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, kişi anasını qantellə vurub. Nəticədə qadın ölüb, oğlu isə cinayət yerindən qaçıb.

Hazırda qatilin axtarışları davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru