Tramp məhkəmədən bir ay vaxt istədi

12-04-2023, 13:43           
Tramp məhkəmədən bir ay vaxt istədi
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp məhkəmədən onun ünvanına olan böhtanla bağlı məhkəmə prosesini 4 həftə təxirə salmağı xahiş edib.

Onun fikrincə, KİV tərəfindən bu prosesə diqqətin artması onun təxirə salınmasını zəruri edib.

Donald Trampın vəkilləri təkid ediblər ki, o, məhkəmənin ədalətli şəkildə aparılması hüququna malikdir və buna əsasən də, prosesin təxirə salınması üçün vaxt istəyə bilər. Çünki məhkəmə prosesinin mediada qərəzli şəkildə işıqlandırılmasından və sənədlərin saxtalaşdırılması üzrə prokurorluğun ittiham aktından sonra hadisələrin “soyuma”sı üçün müəyyən zamana ehtiyac var.

Məhkəmə iclası yazıçı və köşə yazarı Cin Kerrol tərəfindən irəli sürülən böhtan iddiası üzrə baş tutacaq. İddia Trampın ona qarşı ittihamları rədd etməsindən sonra irəli sürülüb.

Xatırladaq ki, Trampa qarşı rəsmi olaraq cinayət işi açılıb.

Mənbə: ”Reuters”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.