Sankt-Peterburqda şagird məktəbdə tapançadan atəş açıb, 4 nəfər yaralanıb

14-04-2023, 08:14           
Sankt-Peterburqda şagird məktəbdə tapançadan atəş açıb, 4 nəfər yaralanıb
Rusiyanın Sankt-Peterburq şəhərinin Kalininski rayonundakı təhsil mərkəzinin 16 yaşlı şagirdi pnevmatik tapança ilə məktəbə gələrək küçədə və binanın içərisində bir neçə dəfə atəş açıb. Dörd nəfər yaralanıb.
Bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.
“Dörd uşaq tibbi yardım almaq üçün xəstəxanaya göndərilib”, – məlumatda deyilir. Daxili İşlər Nazirliyinin Baş İdarəsindən verilən məlumata görə, yeniyetmə artıq saxlanılaraq polis bölməsinə çatdırılıb. Onun atasını da polisə çağırıblar.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nauka prospektində yerləşən məktəbin müəllimləri polisə müraciət ediblər. Onlar bildiriblər ki, 9-cu sinif şagirdi birinci dərsdən sonrakı tənəffüsdə tualetdə iki 8-ci sinif şagirdinə pnevmatik tapançadan atəş açıb.
Hadisə yerinə operativ şəkildə gələn polis silahı yeniyetmədən alıb.
“İlkin araşdırma zamanı müəyyən edilib ki, dərs günü başlamamış 9-cu sinif şagirdi daha iki şagirdə qarşı analoji əməl törədib: məktəbə gedərkən o, 7-ci sinifdə oxuyan iki şagirdə atəş açıb”, – polisdən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru