Bakıda evə BASQIN: evə nəfəslikdən girdi

20-04-2023, 10:49           
[img]https://teref.az/uploads/posts/2023-04/1681973344_1.jpg[/img
Bakıda evə basqın olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə aprelin 18-də gecə saatlarında Nəsimi rayonu ərazisində qeydə alınıb. Evlərdən birinə nəfəslikdən girən şəxsin ev sahibəsinin 100 manat pulunu və təqaüd kartını quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş Yevlax rayon sakini Ruslan Salmanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru