Rusiyanın Kanadakı səfirliyinə qırmızı boya atıldı

21-04-2023, 11:58           
Rusiyanın Kanadakı səfirliyinə qırmızı boya atıldı
Naməlum şəxs Rusiyanın Ottavadakı səfirliyinin hasarına qırmızı boya atıb.

Bu barədə cümə axşamı Rusiyanın Kanadadakı səfirliyinin müşaviri Vladimir Proskuryakov bildirib.

“Üzünü tam bağlamış naməlum şəxs səfirliyin hasarına qırmızı boya atıb və bununla da Rusiya səfirliyinə xeyli ziyan vurub”, - diplomat deyib.

Proskuryakovun sözlərinə görə, səfirlik həmin şəxsin tapılması tələbi ilə artıq polisə müraciət edib.
Həmçinin Kanada Xarici İşlər Nazirliyinə diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Rusiya diplomatik missiyasının təhlükəsizliyinin təmin edilməsi tələbi ilə nota göndərilib.

Proskuryakov Kanadanın Moskvadakı səfirliyinin hələ də “tam rahatlıq” rejimində fəaliyyət göstərməsinə diqqət çəkib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru