Afrikada qarət zamanı 60-a yaxın sakin qətlə yetirildi

25-04-2023, 10:08           
Afrikada qarət zamanı 60-a yaxın sakin qətlə yetirildi
Burkina-Fasonun şimalındakı Karma kəndində silahlı qüvvələrin geyimində olan şəxslərin hücumu nəticəsində 60-a yaxın adam həlak olub. Bu barədə yerli prokuror Lamin Kabore məlumat verib.

O, hücum edənlərin kənddən müxtəlif qiymətli əşyaları apardıqlarını bildirib. Prokuror bu işdə iştirak edənlərin hamısının tapılaraq saxlanılması barədə göstəriş verib.

Qeyd edək ki, faciə Aorema kəndi yaxınlığında terrorçuların hücumu nəticəsində altı əsgər və 34 könüllünün öldürülməsindən bir həftə sonraya təsadüf edir.

Burkina Faso son illərdə Qərbi Afrikada terror fəaliyyətinin episentrinə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru