Ermənistanda mitinq zamanı jurnalist öldürüldü

17-05-2015, 13:02           
Ermənistanda mitinq zamanı jurnalist öldürüldü
Hafta.az-ın Haykakan Jamanaka istinadən verdiyi xəbərə görə, hadisə İrs Partiyasınının Gümrüdə keçirdiyi mitinq zamanı baş verib.

Belə ki, hadisələri işıqlandırmaq istəyən jurnalist fotoqraf mülki geyimli şəxslərin yumruq-təpiyinə məruz qalıb. Polis jurnalistə hücum edənləri sakitləşdirməyə çalışsa da 29 yaşlı Taham Kasparyanın xəstəxanaya aparılarkən yolda keçindiyi bildirilir.

İrs partiyasından hadisəyə görə verilən açıqlamada bu işi iqtidarın təşkil edə biləcəyi bildirilib. Qeyd edək ki, Kasparyanın döyülərək qətlə yetirilməsi işğalçı ölkədə mitinqlər zamanı öldürülən ilk jurnalist qətl hadisəsi deyil. Belə ki, 2008 - ci il iğtişaşları zamanı da bir jurnalist peşə borcunu yerinə yetirərkən polis dəyənəyinin qurbanı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru