Ramil Usubov Sumqayıtın rəisini Emin Şəkinskinin yerinə gətirdi

23-06-2016, 12:29           
Ramil Usubov Sumqayıtın rəisini Emin Şəkinskinin yerinə gətirdi
Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

“Report”un xəbərinə görə, polis polkovniki Əkbər İsmayılov Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Ə.İsmayılov bu təyinata qədər Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, DİN-in Baş Cinayət Axtarış İdarəsinin əvvəlki rəisi polis general-mayoru Emin Şəkinski olub. O, keçən həftə vəzifəsindən azad edilərək DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru