Rusiya Ermənistana silahlandırmağa başladı-MÜHARİBƏ YENİDƏN BAŞLAYA BİLƏR

30-06-2016, 08:26           

Rusiya Ermənistana ayırdığı 200 milyon dollar kredit çərçivəsində olan silahları göndərməyə başlayıb. Bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.
Ermənistanın birinci kanalına müsahibəsi zamanı o bildirib ki, silahların çatdırılması üçün hazırlıq işləri aparılıb. Silahların bir hissəsi artıq çatdırılmağa başlanılıb.
Silah tədarükünün hansı səbəbdən uzadılması sualını cavablandıran nazir bildirib ki, silah almaq üçün nağd pul ödəmək başqa məsələdir, bunu dövlətlərarası kredit çərçivəsində həyata keçirmək tamam başqa.
Ötən ilin iyul ayında Ermənistan parlamenti Rusiyadan silah alınması məqsədilə bu ölkə ilə kredit müqaviləsini təsdiqləyib. Bu kredit əlverişli şərtlər əsasında yeni silahların həm də Rusiyadakı yerli qiymətlərlə alınmasına imkan verməli idi.
Bu müqavilə Ermənistan və Rusiya hökumətləri arasında iyunun 26-da İrəvanda imzalanıb. 200 milyon dollarlıq kredit ancaq faiz ödəməklə üç illik müddət əsasında verilməlidir və sonrakı 10 ildə hissə-hissə qaytarılmalıdır.
VƏTƏNİNFO.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.