“Şirkətin mətbuat xidməti: müasir trend və drayverlər” mövzüsunda təlim keçiriləcək- ATA Holding

30-06-2016, 13:25           
“Şirkətin mətbuat xidməti: müasir trend və drayverlər” mövzüsunda təlim keçiriləcək- ATA Holding
“Şirkətin mətbuat xidməti: müasir trend və drayverlər” mövzüsunda təlim keçiriləcək
“Alibayov Kommunikasiya & Konsaltinq” şirkəti və Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu (Fransa) tərəfindən iyul ayında “Şirkətin (təşkilatın) mətbuat xidməti: müasir trend və drayverlər” elmi-metodiki ixtisasartırma proqramına qəbul elan edir. Şirkət, təşkilat, dövlət qurumlarının mətbuat xitmətlərində çalışanlar, KİV-lə əlaqələr sahəsində fəaliyyət göstərən fərdi məsləhətçilər, kommunikasiya üzrə tədris edən ali təhsil müəllimləri və elmi işçilər dəvətlidir.
Təlimlər iyul ayının 9-dan etibarən şənbə və bazar günləri (hər gün 4 saat olmaqla) Bakı şəhərində keçiriləcək. 24 saat üçün nəzərdə tutulan bu proqramı bitirənlərə
Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu və Alibayov Kommunikasiya & Konsaltinq Şirkətinin ixtisasartırma sertifikatları təqdim ediləcək.
Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu ilə razılaşdırılmış proqram zamanı toxunulacaq mövzular:
1. İctimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar
2. Mətbuat xidməti necə olmalı, nə etməli və necə etməlidir
3. Kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio...
4. Hədəf auditoriyalara görə informasiya kanallarının seçimi
5. Hədəf auditoriyalar üçün nəzərdə tutulmuş ismarıcların klassik və müasir çatdırılma yolları
6. Mətbuat xidməti və KİV: bir velosipedin iki təkəri
Proqramda iştirak haqqı 260 AZN-dir, elmi işçi və müəllimlər üçün iştirak haqqı 220 AZN-dir (iki sertifikat təqdim edilir).
Bir yerli sertifikat təqdim edildikdə iştirak haqqı 160 və 120 AZN-dir.
Proqramın rəhbəri, Alibayov Kommunikasiya & Konsaltinq Şirkətinin baş direktoru,
Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyovdur.
Qeydiyyat üçün: 012 4980670, 050 2336682 nömrələrinə zəng edin və ya vali@alibayov.com ünvanına yazın. Qeydiyyat 06.07.2016-cı il tarixədəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru