AAAF Park əleyhinə kampaniya başladıldı - Camaat bezib

30-06-2016, 17:55           
AAAF Park əleyhinə kampaniya başladıldı - Camaat bezib
AAAF Parkla bağlı skandal getdikcə böyüyür. Bir neçə gün bundan əvvəl şirkətdən mənzil almış Seymur Hacı adlı şəxs Facebook səhifəsində başına gələnlərdən bəhs etmişdi. Hətta iddia etmişdi ki, AAAF Park rəhbərliyi ona satılan mənzilin qıfılını belə qırıb.
JAM.AZ xəbər verir ki, sözügedən şirkətdən narazı olanların sayı getdikcə artır. Artıq Facebookda şirkət əleyhinə kampaniya geniş vüsət almağa başlayıb. Belə ki, bununla bağlı narazılar sosial şəbəkələrdə anti-kampaniya başladıblar və səhifə yaradıblar. "AAAF Parkdan narazı vətəndaşların haqq səsi" adlı səhifənin qısa müddətdə 1000-dən artıq üzvü var. Səhifədə əsasən şirkətin qanunsuz addımları, fırıldaqları və vətəndaşları aldatması ilə bağlı məlumatlar yayılır. Bu zaman həm narazılar, həm də mətbuatda gedən yazılar geniş yayımlanır.
Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.