Rusiya Ukraynada bəzi obyekt və anbarları vurub?

15-08-2023, 00:08           
Rusiya Ukraynada bəzi obyekt və anbarları vurub?
“Ukraynada pilotsuz dəniz nəqliyyat vasitələri istehsal edən obyekt və anbarları vurduq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov jurnalistlərə açıqlaması zamanı bildirib.

Ukraynada bəzi hədəfləri məhv etdiklərini qeyd edən Konaşenkov, “Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə terror hücumları həyata keçirmək üçün istifadə etdiyi pilotsuz dəniz vasitələrinin istehsal müəssisələri və anbarlarına intensiv hücumlar həyata keçirib. Hücumlar məqsədlərinə çatıb. Müəyyən edilmiş bütün obyektlər vurulub”, ifadələrini işlədib.

O qeyd edib ki, 1144 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 5877 haubitsa və minaatan, 12225 şəxsi hərbi texnika məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru