Ərindən boşanmaq istədi, dönərxananın qarşısında qətlə yetirildi - VİDEO

18-08-2023, 10:36           
Ərindən boşanmaq istədi, dönərxananın qarşısında qətlə yetirildi - VİDEO
Qadın bıçaqla qətlə yetirilib.

Hadisə Salyan şəhərində yerləşən dönərxanaların birinin qarşısında baş verib. 25 yaşlı Günel İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qonşular iddia edir ki, qadın ərindən boşanmaq istəyirmiş. Məsələ də bu səbəbdən böyüyüb.

Qaraş İbrahimov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Fakta görə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, ailənin iki övladı var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru