Ancelina Colinin xarici görünüşü müzakirələrə səbəb oldu - FOTO

19-08-2023, 12:18           
Ancelina Colinin xarici görünüşü müzakirələrə səbəb oldu - FOTO
Amerikalı aktrisa və rejissor Ancelina Colinin yeni fotoları sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub.

48 yaşlı aktrisanın fotoları ABŞ-nin Nyu-York şəhərindəki Soho bölgəsində çəkilib. Ulduz 19 yaşlı oğlu Paksla alış-verişə gedərək vaxt keçirib. Onun əynində hündür belli şalvar, krujeva dekolteli atlaz top və pencəkdən ibarət monoxrom qara geyim olub.

İstifadəçilər şərhlərdə Colinin geyimini tənqid ediblər.

“Daha bir nənə paltarı. Gözəl qadındır, amma zövqü pisdir”, “Ən darıxdırıcı geyimləri geyinir”, “Onun öz dəb brendini yaradacağına inana bilmirəm - özü həmişə zövqsüz paltar və rəng seçir”, “Niyə həmişə yasdadır?”, “Ona bir şey yedirin - o, gəzən skeletdir”, “Ona başqa saç düzümü lazımdır”, - deyə istifadəçilər bildirib.





Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru