Döyüşlər şiddətləndi – Eyni anda altı istiqamətdə hücuma keçdilər

19-08-2023, 12:56           
Döyüşlər şiddətləndi – Eyni anda altı istiqamətdə hücuma keçdilər
Ötən sutka ərzində Rusiya və Ukrayna qüvvələri arasında 36 toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna ordusu Melitopol və Berdyan istiqamətlərində hücum əməliyyatlarını davam etdirir, azad edilmiş mövqelərdə möhkəmlənir və əks-hücum əməliyyatları aparır.

Eyni zamanda, rus qoşunları Ukraynanın mövqelərinə bir neçə istiqamətdə birdən hücum edib. Xüsusilə, Kupyan istiqamətində Xarkov vilayətinin Sinkivka rayonu ərazisində irəliləməyə cəhd göstərsələr də, nəticə əldə olunmayıb.

Rusiya qüvvələrinin Baxmut istiqamətində həmlələri əsasən Donetsk vilayətinin Bila Qora və Toretsk şəhərlərinin şərqindəki ərazilərdə cəmləşib. Həmçinin, ruslar şəhər yaxınlığında və Novokalinova kəndi ərazisindən hücuma keçdikləri Avdivi tutmaq cəhdlərini dayandırmırlar. Eynilə, onlar Marin və Krasnoqorivkanı da ələ keçirməyə çalışırlar.

Bundan əlavə, Rusiya qüvvələri bütün cəbhə xətti boyunca - Çerniqov vilayətindən Xersona qədər yaşayış məntəqələrini davamlı atəşə tuturlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru