Bakıda minik avtomobili qatarla toqquşub - FOTOLAR

20-08-2023, 08:16           
Bakıda minik avtomobili qatarla toqquşub - FOTOLAR
Bakıda minik avtomobili ilə qatarın toqquşması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Yeni Suraxanı rayonu, 14 İyul küçəsində qeydə alınıb.

Belə ki, qatar avtomobil yolunun kəsişdiyi yerdən keçən zaman “Suzuki” markalı maşın ona çırpılıb.

Məlumata görə, qadın sürücünün idarə etdiyi minik maşını qatarın yoluna çıxıb.

Hadisədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, dəmiryolu xəttinin keçdiyi sözügedən ərazinin avtomobil yolunda rabitə siqnalizasiya sistemi və şlaqbaun yoxdur. Sürücülərin sözlərinə görə, həmin ərazidə keçidin qorunmaması səbəbindən qəza hadisələrinin başvermə ehtimalı yüksək olur.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru