Çaydan çoxlu dişləri olan dəhşətli məxluq tutuldu - FOTO

20-08-2023, 10:44           
Çaydan çoxlu dişləri olan dəhşətli məxluq tutuldu - FOTO
Böyük Britaniyada balıqçı çayda çoxlu sayda iri dişləri olan dəhşətli məxluq tutub.

Publika.az xəbər verir ki, bu barədə "The Daily Star" yazıb.

Məlum olub ki, bu canlının adı lampreydi. Bu məxluğu vampir də adlandırırlar. Onlar Yer üzündə 340 milyon ildir mövcuddur.

Ümumiyyətlə, lampreylər dənizlərin və okeanların duzlu sularında yaşayır. Orada dəniz canlılarının bədənlərinə yapışaraq qanları ilə qidalanırlar. Əslində bunun üçün çoxlu sayda diş lazımdır.

Lampreylər çoxalmaq üçün şirin sulara girirlər. Buna görə də, britaniyalı məxluqu nəsil yetişdirmə zamanı onlardan birini tuta bilib.

Qeyd edilib ki, bu canlılar ölkədə qorunan növdür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru