Hövsanda intihar: qadın özünü 10-cu mərtəbədən atıb

21-08-2023, 08:48           
Hövsanda intihar: qadın özünü 10-cu mərtəbədən atıb
Hadisə Hövsan Yaşayış Kompleksindəki 8-ci binada qeydə alınıb

Suraxanı rayonunda intihar hadisəsi baş verib. Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksindəki 8-ci binada qeydə alınıb.

İlkin məlumata görə, sözügedən binada kirayə qaldığı bildirilən qadın özünü 10-cu mərtəbədən atıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı Rayon Şöbəsinə təhvil verilib. Fakt üzrə araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru