Tümendə həyat yoldaşı ilə dalaşan sürücü altı maşını əzdi - VİDEO

22-08-2023, 12:57           
Tümendə həyat yoldaşı ilə dalaşan sürücü altı maşını əzdi - VİDEO
Tümenin mərkəzində yolsuzluq avtomobilinin sürücüsü həyat yoldaşı ilə mübahisə etdikdən sonra 6 avtomobili əzib.

“Mercedes-Benz” markalı avtomobildə olan sürücü əvvəlcə dirəyə çırpılıb, sonra isə dayanacaqda dayanmış altı avtomobilə çırpılıb. Növbəti toqquşmadan sonra onu maşından yoldan keçənlər çıxarıblar.

Hadisə şahidlərinin sözlərinə görə, kişi sərxoş olub.

O, həyat yoldaşı ilə mübahisə etdiyini deyib və davranışını da bununla izah edib.
Yol polisinin məlumatına görə, qəzada yalnız yolsuzluq avtomobilinin sürücüsü xəsarət alıb.

Mənbə: “Gazeta.ru” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru