İraqlı mühacir 12 dəfə Quran yandırmaq istəyir

23-08-2023, 08:47           
İraqlı mühacir 12 dəfə Quran yandırmaq istəyir
İraqlı mühacir Salman Momika yenidən İsveçdə müqəddəs Quran kitabını yandırmaq istəyir.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, o, qarşıdakı üç həftədə Quranın yandırılması aksıyaları üçün İsveç qurumlarına 12 müraciət ünvanlayıb.

Aksiyalar Stokholm, Erebrö və Malmö şəhərlərində planlaşdırılır.

Qeyd edək ki, son dövrlərdə İsveç və Danimarkada Quranın nümayişkəranə yandırılması aksiyaları baş tutub. Hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib. Danimarka hökuməti Quranın yandırılmasını qadağan etmək üçün hərəkətə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru