Sevastopola dron hücumu olub - VİDEO

25-08-2023, 10:16           
Sevastopola dron hücumu olub - VİDEO
Ukraynanın işğal altındakı Sevastopol şəhərinin Xersones burnu ərazisində dron hücumu olub.

“Report” xəbər verir ki, bu barədə regionun qondarma qubernatoru Mixail Razvojayev teleqramda bildirib.

“İlkin verilənlərə görə, Xersones burnu ərazisində dəniz üzərində bir neçə PUA məhv edilib. Fövqəladə hallar üzrə xidmətlər mülki infrastruktura heç bir ziyan qeydə almayıblar. Hazırda şəhərdə sakitlikdir. Lakin bütün qüvvə və xidmətlər döyüşə hazır vəziyyətdədir”, - regionun qondarma rəhbəri qeyd edib.

Qeyd edək ki, sosial şəbəkədə Sevastopolda dron səslərinin əks olunduğu videolar yayılıb.

Xatırladaq ki, 2014-cü ilin mart ayında Rusiya Ukraynanın xüsusi statuslu şəhəri olan Sevastopol, həmçinin Krım Muxtar Respublikasını ilhaq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.