Britaniya kəşfiyyatı: Rusiya hərbçi çatışmazlığından “Qərb-2023” təlimini ləğv edib

28-08-2023, 15:56           
Britaniya kəşfiyyatı: Rusiya hərbçi çatışmazlığından “Qərb-2023” təlimini ləğv edib
Rusiya hərbçi və texnika çatışmazlığı səbəbindən “Qərb-2023” irimiqyaslı hərbi təlimləri ləğv edib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında hesabatında qeyd olunub.

Kəşfiyyatın sözlərinə görə, Rusiyanın bütün hərbi resursları Ukraynaya qarşı müharibəyə cəlb olunub.

Xatırladaq ki, Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəisi admiral Entoni Radakin bu ilin iyulunda bildirmişdi ki, Rusiya Ukrayna ərazisinə hərbi müdaxilə zamanı ordusunun döyüş potensialının təxminən yarısını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru