Avtomobil dəmiryol keçidində qatara çırpılıb, xəsarət alanlar var

29-08-2023, 08:49           
Avtomobil dəmiryol keçidində qatara çırpılıb, xəsarət alanlar var
“Azərbaycan Dəmir Yolları”na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan “Azsamand” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərək qatara çırpılıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
“ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol-Hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır”, - deyə QSC-dən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru