ABŞ-də universitetdə atışma: Ölənlər var

29-08-2023, 09:25           
ABŞ-də universitetdə atışma: Ölənlər var
ABŞ-nin Şimali Karolina ştatının Çapel Hill şəhərindəki universitetin əməkdaşı kampusda atışma nəticəsində həlak olub.

Publika.az xəbər verir ki, bu barədə CNN polis sözçüsü Brayan Ceymsə istinadən məlumat yayıb.

Bir neçə dəfə atəş açan şəxs saxlanılıb. Hüquq-mühafizə orqanları mərhumun və saxlanılan şəxsin adlarını açıqlamayıb.

Təxliyə zamanı bir neçə tələbə universitet binalarından birinin pəncərəsindən atılıb.

Ümumilikdə, bu ilin birinci yarısında ABŞ-də 421 kütləvi atışma olub, onlardan 28-i qətliam kimi təsnif edilib. Odlu silahlara sahib olmaq hüququ ABŞ Konstitusiyasına ikinci düzəlişlə tənzimlənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru