İntihar edən 20 yaşlı qadın hamilə imiş: “Çox müəmmalıdır...” - İcra nümayəndəsi

29-08-2023, 16:01           
İntihar edən 20 yaşlı qadın hamilə imiş:
Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib.

Hadisə rayonun Yuxarı Axtaçı kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Aydan Ayaz qızı Fərzəliyeva yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

TEREF.AZ bildirir ki, faktla bağlı araşdırma aparılır. İntiharın təfərrüatları haqqında Cebhe.info-ya danışan Yuxarı Axtaçı kəndinin daxil olduğu Qasımbəyli kənd icra nümayəndəsi Afət İskəndərov intiharın müəmmalı olduğunu deyib:

“Hələ araşdırılacaq, çox müəmmalıdır. Sakit, mehriban ailədir. Evli və bir uşaqları var, həm də qadın hamilə idi. Onları mən həmişə mehriban ailə kimi tanımışam, qonşular da mehriban olduqlarını təsdiqlədilər. Qonşular deyirlər ki, heç bir problem yox idi, sakit və mehriban idilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.