Tramp Baydeni həbs edəcəyinə eyham vurdu

31-08-2023, 09:25           
Tramp Baydeni həbs edəcəyinə eyham vurdu
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçiləcəyi təqdirdə siyasi düşmənlərini həbs edəcəyinə söz verib.

Publika.az "The Guardian"a istinadən xəbər verir ki, o, eyni zamanda Baydeni belə rəqiblərdən biri hesab etdiyinə eyham vurub.

Jurnalist Trampdan Hillari Klintonun rəqibini həbs etmədiyinə görə peşman olub-olmadığını və onun hazırkı “siyasi düşmənlərini” “həbs edib-etməyəcəyini” soruşub. Tramp müsbət cavab verib.

“Cavab belədir: Mənim başqa seçimim yoxdur, çünki bunu bizə edirlər”, - eks-prezident bildirib.

Tramp həmçinin əlavə edib ki, ABŞ-ın hazırkı Prezidenti Co Baydenin ona qarşı irəli sürülən ittihamlarda əli olduğunu düşünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru