Rusiyada ağır qəza - 3 ölü, 17 yaralı 25-09-2023, 00:12 Sentyabrın 24-də Rusiyanın Nijni Novqorod vilayətində baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb.Cebhe.info xəbər verir ki, Kstovski rayonunun Şelokşa kəndi yaxınlığında M-7 şosesində avtobus və yük maşını toqquşub.Xəsarət alan 17 nəfərdən 9-u xəstəxanaya yerləşdirilib, beşinin vəziyyəti ağırdır. Qəzada 3 nəfər ölüb. Facebook-da paylaş