Rusiya sakini sevgilisinin keçmiş ərini eyvandan güllələyib.
Lent.az xarici mediaya istinadən bildirir ki, hadisə Yeqoryevsk şəhərində baş verib. Qətldə 36 yaşlı kişi ittiham olunur.
Məlumata görə, gecə saatlarında mənzilin eyvanında dayanan təqsirləndirilən şəxslə küçədə olan zərərçəkmiş arasında münaqişə yaranıb. Mübahisə zamanı kişi sevgilisinin keçmiş ərini qısqandığını bəyan edib .
Nəticədə 36 yaşlı kişi tapançanı götürərək 45 yaşlı rəqibinə atəş açaraq onun körpücük sümüyündən vurub. O, aldığı yaradan yerindəcə keçinib.