Xəstəxanada daha bir körpə ölümü

12-07-2016, 12:52           
Xəstəxanada daha bir körpə ölümü
Ötən gün Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb.

Avropa.info EL TV-yə istinadən xəbər verir ki, Bərdə rayonu Gərənə kənd sakini,hazırda Qaradəmirçi kəndində yaşayan, 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib.

Hamiləliyinin 7-ci ayının olmasına baxmayaraq, Aysel Qocayevaya doğuşun tezləşdirilməsi üçün yardım göstərilib. Onun dünyaya gətirdiyi əkiz uşaqlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.

Doğuşu həyata keçirən Tahirə adlı həkim xəstənin valideyinlərinə doğuşun qaydasında aparıldığını bildirib. Uşaq ölümünü erkən doğuşla əlaqələndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru