Gülər Əhmədovanın ölkədən çıxışına icazə verildi

12-07-2016, 12:54           
Gülər Əhmədovanın ölkədən çıxışına icazə verildi
Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Yasamal rayon məhkəməsinin qərarı ləğv edilib. G.Əhmədovanın şikayəti qismən təmin edilib. Onun cərrahiyyə əməliyyatı üçün 3 ay müddətinə ölkədən çıxışına icazə verilib.

Xatırladaq ki, G.Əhmədovanın şərti məhkumluğu ilə əlaqədar sınaq müddətinin başa çatmasına 10 ay qalıb. Keçmiş deputat 8 aylıq icazə istəyir. Prokuror apellyasiya şikayətinin təmin olunmamasını istəyib.

***

Eks-deputat qərardan tam razı qalmayıb: "Qərar məni tam qane etmədi. Amma bu fürsətdən istifadə edəcəyəm. Çünki xəstəliyim çox ağırdı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru