Serb qüvvələri geri çəkildi - ABŞ

4-10-2023, 07:54           
Serb qüvvələri geri çəkildi - ABŞ
Serb qüvvələri Kosova ilə inzibati sərhəddən qismən geri çəkilib və ABŞ gərginliyin daha da azalmasını gözləyir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

Qeyd edək ki, Kosova Baş naziri Albin Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani hücumda “serb cinayətkar dəstələrini” günahlandırmışdı. Bundan sonra tərəflər arasında gərginlik artmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru