Bakıdakı kafedə qohumlar tualet üstündə qan tökdü — TƏFƏRRÜAT

13-07-2016, 09:47           

Bakının Sabunçu rayonunda tualet mübahisəsi qanlı sonluqla bitib. Hadisənin ''qəhrəmanları'' isə yaxın qohumlar olub.

Hadisə Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən kafedə baş verib. İyinin 12-nə keçən gecə kafenin müştərisi olan 22 nyaşlı Elvin Bəxtiyar oğlu Abbasov ölümcül vəziyyətdə bıçaqlanıb.

Hadisə kafenin ayaqyolusu üstündə düşən mübahsədən yaranıb. Ayaqyoluna gedən E.Abbasov qapının bağlı olduğunu görüb. O, ayaqyolunun qapısını bir neçə dəfə döyüb. Bu zaman orda olan qohumu söyüş söyüb. Bunun üstündə mübahisə düşüb. Kafedən bayıra çıxan zaman həmin şəxs E.Abbasova ağır xəsarətlər yetirib.

Hadisə şahidlərinin bildirdiyinə görə, cinayəti törədən şəxs polis əməkdaşları gələn zaman yerdə qan içərisində təcili yardım gözləyən qohumunun yanında olub. O, polislərə də hadisənin kim tərəfindən törədilməsindən xəbərsiz olduğunu deyib. E.Abbasov xəstəxanaya yola salınandan sonra o da qaçaraq gizlənib.

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Criminal.az-a bildirildi ki, hələlik saxlanılan yoxdur. Əməliyyat-istintaq tədbirlkəri aparılır. (Criminal.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru