Ukrayna Rusiyanın 10 minlik ordusunu mühasirəyə alır

7-10-2023, 10:06           
Ukrayna Rusiyanın 10 minlik ordusunu mühasirəyə alır
Baxmut və Donetsk vilayəti Ukrayna qoşunları tərəfindən mühasirəyə alınacaq.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pyotr Çernik deyib.

Onun sözlərinə görə, Baxmutun Rusiya üçün çox böyük siyasi və ideoloji dəyəri var:

"Putin şəxsən Baxmutun ələ keçirildiyini elan etdi və qəhrəmanlarını mükafatlandırdı. Biz tiran üçün şəxsi imicin nə olduğunu başa düşürük. Onlar nə qədər mübarizə apara bilirlərsə, aparacaqlar. Orada kifayət qədər ciddi qruplaşma - 10 mindən çox əsgər var. Bu, demək olar ki, tam mexanikləşdirilmiş bölmədir, belə bir şəhər üçün bu, çox şeydir, lakin əməliyyat mühasirəsi tamamilə mümkündür və baş verməlidir".

Onun sözlərinə görə, bir neçə min rus bir anda təslim olsa, bu, Ukrayna üçün unikal təcrübə olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru