İqtisad Universitetində 3 fakültə ləğv edildi

15-07-2016, 13:44           
İqtisad Universitetində 3 fakültə ləğv edildi
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni meqa fakültə yaradılıb. Bu barədə qərar universitetin Elmi Şurasında qəbul edilib.

Universitetin Marketinq və Kommunikasıya Departamentindən DİA.AZ-a bildirilib ki, qərara əsasən, İnformatika və idarəetmə, Biznes inzibatçılığı və Kommersiya fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb. Eyni profilli 3 fakültə, bundan sonra fəaliyyətini vahid fakültə kimi davam etdirəcək.
Qərar idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları çərçivəsində verilib.

Qeyd edək ki, bundan öncə UNEC-də Maliyyə və Uçot-iqtisad fakültələri birləşdirilərək, Maliyyə və mühasibat fakültəsi, İqtisadiyyat və sənaye və Beynəlxalq İqtisadi Münasibətlər fakültələri birləşdirilərək, İqtisadiyyat fakültəsi yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru