Bakıda yük qatarı relsdən çıxdı

19-07-2016, 22:33           
Bakıda yük qatarı relsdən çıxdı
Bu gün Ziya Bünyadov prospekti ilә Binәqәdi şossesini birlәşdirәn 4 kilometrlik "Baksol” adlanan әrazidә dәmiryolunda hәrәkәt edәn yük vaqonları relslәrdәn çıxaraq, aşıb. Yük vaqonlarının aşması әrazidә hәrәkәtin mәhdudlaşmasına sәbәb olub "Azәrbaycan Dәmir Yolları" QSC¬nin Mәtbuat katibliyinin rәisi Nadir Әzmәmmәdov bu faktı tәsdiqlәyib. N.Әzmәmmәdov bildirib ki, relslәrdәn çıxan yük vaqonları әvvәlcә "Baku Steel Company" MMC¬yә yola düşüb, yükü boşaltdıqdan sonra, tәyinatı üzrә Keşlә dәmiryol stansiyasına hәrәkәt edib. "Bu vaxt dәmiryolu keçidindә ağırtonnajlı yük maşını qabaritinә uyğun olmayan şәkildә dayanıb vә qarşıdan gәlәn yük vaqonlarına toxunub. Nәticәdә iki vaqonun hәr birinin tәkәr cütü düşüb. Artıq әraziyә lazımi qüvvәlәr cәlb edilib. Tәxminәn 20 dәqiqәyә bağlanan yolda hәrәkәt bәrpa olunacaq", ¬ deyә N. Әzmәmmәdov әlavә edib. Report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru