İŞİD-lə əlaqəli hakerlər beynəlxalq telekanalın yayımını dayandırıblar

9-04-2015, 10:27           
İŞİD-lə əlaqəli hakerlər beynəlxalq telekanalın yayımını dayandırıblar
İŞİD terror qruplaşması ilə əlaqəli olan haker qrupu beynəlxalq fransızdilli TV5 Monde telekanalının resurslarına hücum edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 9-a keçən gecə televiziya kanalının yayımında fasilələr yaranıb.

Eyni zamanda TV5 Monde-un internet-resursları da hücuma məruz qalıb. Telekanalın “facebook” hesabında İŞİD-ə qarşı əməliyyatlarda iştirak edən Fransa hərbçilərinin ünvanlarına ölüm hədələri edilib.

Bir müddət sonra telekanalın işi bərpa olunub. “Hazırda televiziya efirimiz, rəsmi saytımız və sosial şəbəkələrdəki hesablarımız şiddətli kiber hücumlara məruz qalmaqda davam edir”, TV5 Monde-un Twitter səhifəsində bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru